ABŞ Baydenin məxfi sənədləri ilə bağlı xüsusi müşavir təyin edir

ABŞ Baydenin məxfi sənədləri ilə bağlı xüsusi müşavir təyin edir

ABŞ Baş prokuroru Merrik Qarland məxfi sənədlərin saxlanması qaydalarının pozulması ilə bağlı vəziyyəti araşdırmaq üçün Robert Xyeranın xüsusi müşavir təyin edildiyini açıqlayıb.

Qeyd edək ki, Qarland, ilkin araşdırmanın İllinoys ştatının Şimal Dairəsinin prokuroru Con Loş tərəfindən aparıldığını bildirdi. Sonuncu bildirib ki, xüsusi prokurorun əlavə istintaqı "tamamilə haqlıdır".

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bundan əvvəl “CNB News”, ötən ilin sonunda ABŞ prezidenti Cozef Baydenlə əlaqəli analitik mərkəz olan Penn Bayden Mərkəzində məxfi sənədlərin tapıldığını bildirmişdi.

Maraqlıdır ki, ötən gün Ağ Evin vəkilləri Baydenin Delaverdəki evində daha bir neçə məxfi sənəd tapdıqlarını açıqlayıblar. Qeyd edilməlidir ki, ABŞ prezidentinin özü də onun “ofisi və şəxsi kitabxanasında” bir neçə məxfi sənədin tapıldığını etiraf edib. Bayden əlavə edib ki, vəkillər bu barədə ABŞ Ədliyyə Nazirliyinə məlumat verib və bu sənədləri departamentə təhvil verməyə razılaşıblar.

Yeri gəlmişkən, məxfi sənədlərdə xüsusilə Ukrayna, İran və Böyük Britaniya ilə bağlı materiallar olduğu iddia edilir. Sənədlərin 2013-2016-cı illərə aid olduğuna da aydınlıq gətirilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə