Belarusla həmsərhəd olan Rovno vilayətində Ukrayna hakimiyyəti müdafiə istehkamları tikməyə başlayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə vilayət rəhbəri Vitali Koval yanvarın 12-də özünün “Telegram” səhifəsində məlumat verib.
Ukraynanın Belarusla həmsərhəd olan Rovno vilayəti yaşayış məntəqələrinin müdafiəsi üçün hazırlığını davam etdirir. Bunu Koval deyib. Onun sözlərinə görə, onlar Rovno bölgəsinin yaşayış məntəqələrinin müdafiəsinə hazırlaşmağı davam etdirirlər.
Bölgə rəhbərinin sözlərinə görə, yerli sakinlər Ukrayna ordusunun hərbçiləri üçün və könüllülük əsasında səngərlər qazırlar.
“Varas və Sarnı rayonlarının icmalarının sakinləri birləşərək hərbçilər üçün xəndək qazmağa kömək edirlər” –deyən Koval, ötən gün xəndək qazmaq üçün 150-dən çox könüllünün gəldiyini bildirib. Onun sözlərinə görə, yerli sakinlər bayram günlərində belə köməklərindən qalmırlar.
Qeyd edək ki, vilayət rəhbəri “Telegram” səhifəsində mühəndislik və istehkam binalarının fotoşəkillərini də paylaşıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB