Pakistanın Baş naziri Türkiyəyə təşəkkür edib

Pakistanın Baş naziri Türkiyəyə təşəkkür edib

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsindəki daşqın fəlakəti ilə mübarizədə göstərdikləri dəstəyə görə prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkür edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Baş nazir Şərif "Twitter" hesabından etdiyi paylaşımda prezident Ərdoğanın Cenevrədə keçirilən Beynəlxalq İqlimə Dayanıqlı Pakistan Konfransına göndərdiyi mesajdan məmnunluğunu dilə gətirərək deyib ki, prezident Ərdoğan Pakistanda seldən zərər çəkmiş insanlara yardım işlərinə rəhbərlik etdi. Türkiyəyə dəstəklərinə görə təşəkkür edirik.

Xatırladaq ki, Pakistanda yay aylarında təsirli olan musson yağışlarının səbəb olduğu daşqınlarda 1200-dən çox insan həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə