Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Luqansk vilayətinin işğal olunmuş lçevsk şəhərində ruslar yanvarın 9-da yerli əhali arasında səfərbərlik keçirməyə başlayıblar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, ruslar canlı qüvvə itkisini ödəmək üçün yerli əhalidən yararlanmaq istəyir.
Yanvarın 12-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Krımda rus işğalçılarının yeni yaradılmış “Qalxan” və “Rusiç” adlanan özəl hərbi şirkətlərə muzdluların cəlb etdiklərini bəyan etdikləri barədə xəbər yayılıb.
Bu arada ukraynalı rəsmilər Rusiyanın Ukraynada qoşun qruplaşmasını gücləndirdiyini, səfərbər olunanların Belarus və Rusiya Federasiyasının poliqonlarından döyüş zonasına, eləcə də sərhədyanı rayonlara köçürdüklərini bildirib.
Yeri gəlmişkən, bu gün, yanvarın 12-də müdafiə nazirinin müavini Anna Malyar, Baxmut istiqamətindəki Soledar ərazisində şiddətli və ağır döyüşlərin davam etdiyini bildirib.
Onun sözlərinə görə, düşmən Ukrayna müdafiəsini yarmağa və Soledarı tutmağa uğursuz cəhd edir, lakin böyük itkilər verir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB