İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstan gündəmi ilə toplantı keçirib

İslam Əməkdaşlıq Təşkilatı Əfqanıstan gündəmi ilə toplantı keçirib

Türkiyənin təşəbbüsü ilə toplanan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Açıq İştiraklı Fövqəladə İcraiyyə Komitəsi Əfqanıstanda qadınların vəziyyətini və ölkədəki iqtisadi böhranı müzakirə edib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Səudiyyə Ərəbistanının Ciddə şəhərində daimi nümayəndələr səviyyəsində keçirilən görüşdə Əfqanıstanda sosial və iqtisadi vəziyyətin pisləşməsinə diqqət çəkilib.

Komitə Əfqanıstandakı müvəqqəti Taliban hökumətini ölkədə qadınların təhsil və qeyri-hökumət təşkilatlarında işləməsinə qoyulan qadağanı nəzərdən keçirməyə çağırıb.

Komitə həmçinin bu məsələlərlə bağlı həssaslığı çatdırmaq üçün Əfqanıstana alimlərdən ibarət ikinci nümayəndə heyətinin göndərilməsinə qərar verib.

Görüşdə həmçinin beynəlxalq ictimaiyyəti əfqan xalqının həyat şəraitinin yaxşılaşdırılması üçün xüsusilə kiçik miqyaslı, gəlir gətirən iş qollarını dəstəkləməyə çağırıb.

Xarici işlər naziri Mövlud Çavuşoğlu bölgədəki vəziyyətə diqqət çəkmək üçün Səudiyyə Ərəbistanı, İndoneziya, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdəki həmkarları ilə görüşüb.

Martın 16-17-də Mavritaniyanın ev sahibliyi ilə Nuakçotda keçiriləcək İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu Toplantısının gündəmində Əfqanıstandakı hadisələr də yer alacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə