Dmitri Peskov: "Ukraynadakı hədəflər dəyişməyib"

Dmitri Peskov: "Ukraynadakı hədəflər dəyişməyib"

"Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun Ukraynadakı (Rusiya) qoşunlarının rəhbəri təyin edilməsi ilə bağlı hədəflər dəyişməyib".

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin gündəmdəki məsələlərlə bağlı bəzi suallarını cavablandırarkən deyib.

Ukrayna ilə Rusiya arasında Donetsk vilayətində gərgin toqquşmaların davam etdiyi Soledar şəhərində fevralın 24-dən bu yana davam edən müharibədə vəziyyəti dəyərləndirən Peskov deyib ki, Soledarda böyük iş görülüb. Bu işlər davam edəcək. Həyatını itirən qəhrəmanlarımızı xatırlayacağıq, lakin qarşıda hələ çox iş var. Dayanmağın vaxtı deyil. Əsl iş hələ ki başlamayıb.

D.Peskov yanvarın 12-dən etibarən Gerasimovun Ukraynada “xüsusi hərbi əməliyyat”a cavabdeh olan Birləşmiş Hərbi Qüvvələrin rəhbəri təyin edilməsindən də danışıb:

"Ali Baş Komandan (Rusiya Prezidenti Vladimir Putin) yeni hədəfləri qeyd etməyib. Əvvəlki bütün hədəflər gündəmdə qalmağa davam edir".

Rusiya sözçüsü Donetsk və Luqanskın 2014-cü il sərhədlərinə görə “azad edilməsinin” də sözü gedən hədəflər arasında olub-olmaması ilə bağlı suala belə cavab verib:

"Təbii ki, onlar da Rusiyanın regionlarıdır, azad edilməlidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə