Moskva vilayətində hərbi hissələrdən iki çağırışçı qaçıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı, yanvarın 12-də “REGNUM” agentliyi məlumat yayıb.
Hadisələr ötən gecə Krasnoqorsk və Domodedovodakı hərbi hissələrdə baş verib.
Krasnoqorskda 32 yaşlı müqaviləli əsgər Andrey A. icazəsiz hərbi hissənin yerini tərk edib.Onun yanında silah olub-olmadığı hələlik məlum deyil. Müqavilə ilə işləyən 36 yaşlı Aleksandr B. isə Domodedovodakı hərbi hissədən qaçıb.
Hər iki halda hüquq-mühafizə orqanlarının əməkdaşları yoxlamalar aparmağa başlayıblar.
2022-ci ilin oktyabrında hüquqşünas və “Aqora” beynəlxalq insan haqları qrupunun rəhbəri Pavel Çikov bildirib ki, səfərbər edilmiş şəxsin fərariliyi ilə bağlı Rusiyada ilk cinayət işi açılıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB