“Putin çağırış yaşının artırılmasını dəstəkləyib”

“Putin çağırış yaşının artırılmasını dəstəkləyib”

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Dumanın Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolovun bu yaz hərbi xidmətə çağırış üçün yaş həddinin dəyişdirilməsi ilə bağlı bəyanatını birbaşa şərh etməyib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Kartapolov 2023-cü ilin yaz çağırışı zamanı 18 yaşdan 30 yaşa qədər olan vətəndaşlar hərbi xidmətə çağırıla biləcəyini bildirib. Qeyd edək ki, Müdafiə Nazirliyi sərhədlərin tədricən 18-27 yaşdan 21 və 30 yaşa qədər qaldırılmasını təklif edib.

Kreml nümayəndəsinin qeyd etdiyi kimi, prezident konseptual olaraq hərbi dövrün sərhədlərinin dəyişdirilməsi ideyasını dəstəkləyib. Eyni zamanda, Peskov arqumentin Müdafiə Nazirliyinin təqdim etməli olduğunu da vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl müdafiə naziri Sergey Şoyqu çağırış yaşının sərhədlərinin tədricən dəyişdirilməsini təklif etmişdi. Belə ki, hərbi xidmətə qəbul yaşı 18-dən 21-ə, maksimum çağırış yaşı isə 27-dən 30-a qaldırıla bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə