İsveçin hökuməti yeni nüvə enerjisi reaktorlarının inşasına icazə verən qanun layihəsini parlamentə təqdim edəcəklərini bildirib.
SİA Türkiyənin TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Baş nazir Ulf Kristersson mətbuata açıqlama verib: “Elektrik enerjisi istehsalını artırmaq və enerji təhlükəsizliyini gücləndirməyi planlaşdırırıq. Daha çox yerdə nüvə reaktorlarının inşasına imkan verəcək qanunlar hazırlayırıq. Qanunu yaxın günlərdə parlamentə təqdim edəcəyik”.
İsveçin Ətraf Mühitin Mühafizəsi Aktı 10 reaktor limiti müəyyən edir və yeni atom elektrik stansiyaları yalnız reaktorların mövcud olduğu yerlərdə tikilə bilər. Hökumət bu müddəaların aradan qaldırılmasını istəyir. Düzəlişin 2024-cü ilin martında qüvvəyə minməsi planlaşdırılır.
Hazırda üç yerdə altı nüvə reaktoru var: Forsmark, Oskarshamn və Ringhals.
İqlim və ətraf mühit naziri Romina Purmokhtari deyib ki, yeni reaktorlar daha kiçik ola bilər və ən çox fayda gətirəcək yerdə tikilməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB