Başqırdıstan Respublikasının ilk prezidenti Murtaza Rəhimov 88 yaşında vəfat edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbər region rəhbərinin mətbuat xidmətindən verilib.
Qeyd edək ki, Başqırdıstan Qurultayının sədr müavini Rüstəm Əhmədinurov siyasətçinin uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini bildirib.
Xatırladaq ki, 1993-cü il dekabrın 12-də Rəhimov 63 faiz səslə Başqırdıstanın ilk prezidenti seçilmişdi. 1993-2001-ci illərdə Federasiya Şurasının üzvü və Rusiya Dövlət Şurasının üzvü olub. 2010-cu il iyulun 15-də Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev Rəhimovun Başqırdıstan prezidenti vəzifəsindən istefasını qəbul edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB