Doğrusunu, hər halda, Dmitri Medvedev bilər...

Doğrusunu, hər halda, Dmitri Medvedev bilər...

Rusiya Federasiya Şurasının sədr müavini Dmitri Medvedev Telegram kanalında Litva və Polşa prezidentləri Gitanas Naused və Anjey Dudanın Lvova səfərini şərh edib. Onun fikrincə, görüşün məqsədi Ukrayna ərazisinin bölünməsidir.

“Varşava, Vilnüs və Kiyevdən imperiya ambisiyalarından və onları darmadağın edən tarixin yaratdığı xəyal ağrılarından əziyyət çəkən üç bədbəxt insan Lvova toplaşdı. Onlar isə, göründüyü kimi, tanklar üçün dua edirlər”. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Medvedev yazıb.

Onun sözlərinə görə, onlar dualarını “Leopards”a, Ukrayna Silahlı Qüvvələri tərəfindən modernləşdirilmiş Rusiya T-72-yə və istənilən halda tezliklə paslanmış metal qırıntılarına çevriləcək və onları xilas etməyəcək digər ingilis likvid aktivinə həsr edirlər.

Medvedevin dediyinə görə, artıq “süni ölkə” dağılır.

Nə demək olar, hər halda, “doğrusunu” Dmitri Medvedev bilər...

Yeri gəlmişkən xatırladaq ki, yanvarın 11-də Lvovda görüşən Litva, Polşa və Ukrayna başçıları Kiyevə Varşava və Vilnüsdən hərbi, texniki və humanitar dəstəyin davam etdirilməsi haqqında bəyannamə imzalayıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə