ABŞ Avropaya yüzlərlə hərbi texnika gətirib

Onlar NATO-nun şərq cinahını gücləndirirlər?
ABŞ Avropaya yüzlərlə hərbi texnika gətirib

ABŞ Litva və Polşada yüzlərlə hərbi ağır texnika və maşın yerləşdirməklə NATO-nun şərq cinahını əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, hazırda müvafiq briqada artıq Hollandiyaya gətirilib.

Avadanlıq Hollandiya ərazisinə gəmilərlə çatdırılıb: ekipaj yerli liman şəhəri Vlissingenə çatıb. Gələcəkdə briqada birbaşa Polşa və Litva ərazisinə gedəcək. Hollandiya hərbçiləri texnikanın təhlükəsiz yerdəyişməsini təmin etməyə kömək edəcək: əsas marşrutlara avtomobil, dəmir yolu və su nəqliyyatı marşrutları daxil olacaq.

Bu arada “NOS” telekanalının məlumatına görə, ordu briqadası 1275 texnikadan ibarətdir. Buraya “M1 Abrams” tankları, “Bradley” piyada döyüş maşınları və digər növ texnika daxildir.

ABŞ sözügedən briqadanı altı ay Polşa və Litvada saxlamaq niyyətindədir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiyanın təcavüzünə qarşı mübarizəni davam etdirmək üçün Ukraynaya Qərb silahlarının tədarükü məsələsini müzakirə ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə