Estoniya Saakaşviliyə görə müraciət etdi

Estoniya Saakaşviliyə görə müraciət etdi

Estoniya Gürcüstanı sabiq prezident Mixail Saakaşvilinin xaricdə müalicəsinə icazə verməyə çağırıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Estoniyanın xarici işlər naziri Urmas Reinsalu gürcüstanlı həmkarı İlya Darçiaşvili ilə telefon danışığı zamanı bildirib.

“Mən Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı narahatlığımı bildirdim və ona xaricdə müalicə olunmaq imkanının verilməsinə çağırdım”, - Reinsalu telefon danışığı ilə bağlı açıqlamasında qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə