Rusiyalı sahibkar, “Vaqner PMC” şirkətinin təsisçisi Yevgeni Priqojin Donetsk Xalq Respublikasının Soledar şəhərinin rus döyüşçüləri tərəfindən tutulması ilə bağlı məlumatı təsdiqləyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, müvafiq bəyanatı “Concord” şirkəti yayıb.
“Bir daha Soledar ərazisinin Ukrayna ordusunun bölmələrindən tam azad edildiyini və təmizlənməsini təsdiq etmək istəyirəm. Mülki şəxslər geri çəkildi, təslim olmaq istəməyən Ukrayna bölmələri məhv edildi”, - deyə Priqojin bildirib.
Onun sözlərinə görə, Ukrayna tərəfinin “öldürdüyü” itkilər təxminən 500 nəfər təşkil edib. O vurğulayıb ki, “hər hansı humanitar dəhlizdən söhbət gedə bilməz”. Onun sözlərinə görə, Vaqner dəstəsinin döyüşçüləri “minaları təmizləməyə” başlayıblar.
Qeyd edək ki, Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin Donetsk Xalq Respublikasının bütün ərazisinin azad edilməsində dönüş nöqtəsini elan edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB