Böyük Britaniya Ukraynaya tanklar verəcək

Böyük Britaniya Ukraynaya tanklar verəcək

Böyük Britaniya hakimiyyəti Ukraynaya tanklar verməyi planlaşdırdığı barədə məlumatı təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Financial Times” öz mənbələrinə istinadən xəbər verir.

Verilən mənbələrə görə, London Kiyevə Rusiya ilə qarşıdurmada qalib gəlməyə kömək edəcək yeni nəsil hərbi texnologiya təqdim etməklə Ukraynaya dəstəyini “sürətləndirib”.

“Aydındır ki, döyüş tankları ukraynalılara hərbi münaqişənin gedişatını dəyişmək imkanı verə bilər”.

Qeyd edək ki, bunu da mənbə bildirib.

Xatırladaq ki, bundan əvvəl Polşanın rəhbəri Anjey Duda, Varşavanın beynəlxalq koalisiyanın tərkibində “Leopard 2” tanklarından ibarət bir şirkəti Kiyevə təhvil verəcəyini bildirmişdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə