Partlayışda 7 nəfər həlak olub və...

Partlayışda 7 nəfər həlak olub və...

Bu gün Əfqanıstanda, Kabilin mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binası yaxınlığında baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı xəbər verib.

Mənbənin sözlərinə görə, daha azı 10 nəfər xəsarət aldığı bildirilir.

Bundan əvvəl müvəqqəti Taliban hökumətində baş nazirin aparatının rəhbərinin müavini Əhmədullah Müttəki sosial şəbəkədəki səhifəsində kamikadzenin Xarici İşlər Nazirliyinin binasına girməyə cəhd etməsi barədə məlumat vermişdi. Muttakinin sözlərinə görə, hücumçu binanın qapısında mühafizə xidməti tərəfindən aşkar edilib, bundan sonra o, “özünü partladıb”.

Rusiyanın Kabildəki diplomatik nümayəndəliyindən verilən məlumata görə, Əfqanıstan paytaxtında Rusiya səfirliyinin əməkdaşları təhlükəsizdirlər.

Partlayışda yaralanan ruslar barədə məlumat verilmir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə