İranda 3 ton narkotik maddə müsadirə edilib

İranda 3 ton narkotik maddə müsadirə edilib

İran polisi bu gün ölkənin cənub-şərqində Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində bir qrup qaçaqmalçı saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Zahidan şəhərinin (əyalətin mərkəzi) ictimai və inqilab məhkəməsinin prokuroru Mehdi Şəmsabadi deyib.

“Tasnim” agentliyinin məlumatına görə, əməliyyat zamanı çəkisi üç ton olan narkotik partiyası ələ keçirilib.

Prokuror hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir neçə aydır ki, dəstəyə qarşı casusluq fəaliyyəti ilə məşğul olduğunu bildirib.

“Bu gün beş avtomobildə içərisində narkotik vasitə gizlədilmiş, habelə bir neçə ədəd hərbi silah və sursat aşkar edilib... Bu narkotik partiyasında iki ton tiryək və bir ton metamfetamin olub”, - deyə prokuror bildirib.

Onun sözlərinə görə, cinayətkarların əllərində müasir texnika, nəqliyyat vasitələri və hərbi silahlar olub. Onlar partiyanı daxilə çatdırmaq niyyətində olublar.

Faktla bağlı cinayət işi açılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə