Mərakeş kralı VI Məhəmməd amnistiya elan edib

Mərakeş kralı VI Məhəmməd amnistiya elan edib

Mərakeş Ədliyyə Nazirliyindən Kral VI Məhəmmədin əfv qirarına dair məlumat yayılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kralın ölkəsinin müstəqillik sənədlərinin təqdim edilməsinin ildönümü münüsibəti ilə qəbul etdiyi əfv qərarından 707 məhbus və müxtəlif cinayətlərdə ittiham olunan 284 nəfər faydalanıb.

Qeyd edək ki, Mərakeşdə xüsusi günlərdə ənənə halını alan kral amnistiyası bəzi məhbusların azadlığa buraxılması, digərlərinin isə cəzalarının azaldılması şəklində həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə