Fransada naməlum şəxs kütləyə hücum edib

Fransada naməlum şəxs kütləyə hücum edib

Fransanın paytaxtı Parisdəki ''Gare du Nord'' vağzalında naməlum şəxs kütləyə bıçaqla hücum edib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə nəticəsində biri polis olmaqla 5 nəfər yaralanıb.

Hauts-de-France Regional Expressin rəsmi ''Twitter'' səhifəsində edilən paylaşımda ''Gare du Nord'' vağzalında naməlum şəxsin kütləyə bıçaqla hücum etdiyi və çox sayda adamın yaralanığı bildirilib.
Tibb işçilərinin bölgədəki yaralılara müdaxilə etdiyi, zərərsizləşdirilən təcavüzkarın aparıldığı qeyd olunub.
Paylaşımda bir müddət dayandırılan qatarların hərəkətinin bərpa olunduğuna dair məlumatlar da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə