Mövlud Çavuşoğlu Zimbabvedə səfərdədir

Mövlud Çavuşoğlu Zimbabvedə səfərdədir

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Zimbabveyə səfər edib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Mövlud Çavuşoğlu Cənubi Afrikada keçirdiyi görüşlərdən sonra Zimbabveyə gedib.

Mövlud Çavuşoğlu Zimbabvenin paytaxtı Hararedə Zimbabvenin xarici işlər naziri Frederik M.M.Şabani tərəfindən qarşılanıb.
Rəsmi ''Twitter'' səhifəsində paylaşım edən Mövlud Çavuşoğlu bu ifadələrə yer verib: “Zimbabveyə səfər etdim. Hararedəki həmsöhbətlərimizlə ikitərəfli əlaqələrimizi, regional və beynəlxalq hadisələri müzakirə edəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə