Kreml Paşinyanın dediklərinə reaksiya verib

Kreml Paşinyanın dediklərinə reaksiya verib

BMT Təhlükəsizlik Şurasının sülhməramlılarının Qarabağda yerləşdirilməsi yalnız münaqişə tərəflərinin hər ikisinin razılığı ilə mümkündür.

SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının BMT korpusu ilə əvəzlənməsinə icazə verən sözlərini şərh edərkən deyib.

“İşçi qrup arasında müxtəlif səviyyələrdə daimi təmaslar var. Təbii ki, bu mövzu dəfələrlə gündəmdə olub. Amma aydındır ki, istənilən missiyalar yalnız münaqişənin hər iki tərəfinin razılığı ilə göndərilə bilər”, - Peskov bildirib.

Xatırladaq ki, Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında Rusiya sülhməramlılarının Qarabağdakı mandatı başa çatdıqdan sonra BMT Təhlükəsizlik Şurasına regiona beynəlxalq sülhməramlı kontingentin göndərilməsi ilə bağlı müraciət gələ biləcəyini bildirib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə