Ukraynanın ərazisində hərbi əməliyyatlar davam edərkən Avropa Birliyinə üzv ola bilməz.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu Avropa Komissiyasının sədr müavini Frans Timmermans bildirib.
Onun sözlərinə görə, indi bu mümkün deyil. “Lakin bütün ideya ondan ibarətdir ki, Ukrayna bu münaqişədən qalib, suveren, müstəqil, azad və bu seçimi özü etmək imkanına malik ölkə kimi çıxsın”.
Bunu da Avropa Komissiyasının sədr bildirib.
Timmermansın sözlərinə görə, Kiyev bunun reallaşması üçün mübarizə aparır. Öz növbəsində, Avropa İttifaqı da bu işdə Ukraynaya dəstək olmalıdır.
Yeri gəlmişkən, Timmermansın fikrincə, Ukraynanın Avropa İttifaqnaı üzvlüyünün şərtlərindən biri də münaqişənin başa çatması və Rusiya qoşunlarının ölkə ərazisindən çıxarılmasıdır.
Xatırladaq ki, bir müddət bundan əvvəl Avropa İttifaqının Ukraynadakı səfiri Matti Maazikas təşkilata üzvlük üçün qısa və ya sürətli yolların ola bilməyəcəyini vurğulamışdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB