Antverpendə polis reydi nəticəsində 11 yaşlı qızcığaz həlak olub

Antverpendə polis reydi nəticəsində 11 yaşlı qızcığaz həlak olub

Avropaya gətirilən bütün narkotiklərin üçdəbir hissəsi Belçikanın Antverpen limanından keçir.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, narkotrafik şəbəkəsi bir müddət müşahidə ediləndən sonra, yanvarın 11-nə keçən gecə bu şəhərdə genişmiqyaslı polis əməliyyatına başlanıb. Bu dəfə həm polislə cinayətkarlar arasında, həm də bir-biri ilə düşmənçilik aparan müxtəlif klanlar arasında atışma olub. Atışmanın gedişində 11 yaşlı qızcığaz yaralanıb. Qızcığaz xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Polisin məlumatına görə, narkotrafik şəbəkəsi ilə bağlı olmaqda şübhə doğuran xeyli insan saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə