Kreml, hazırda Ukrayna ilə sülh danışıqlarının perspektivinin olmadığını bildirib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu yanvarın 11-də Dmitri Peskov jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Peskova görə, Ukrayna qanunları Ukrayna prezidentinə Rusiya ilə hər hansı əlaqə və ya dialoq qurmağı qadağan edir. Bundan əlavə, Qərb Kiyevə bu məsələdə hər hansı çevikliyə imkan verməyə meylli deyil. Ona görə də hələlik danışıqların perspektivindən danışmağa ehtiyac yoxdur.
Bununla belə, Peskov “humanist” Moskvanın problemləri danışıqlar yolu ilə həll etməyə həmişə hazır olduğunu bildirib. Çünki rusların hədəfləri, mətbuat katibi demiş, “həmişə sülh, siyasi və diplomatik yollarla nail olmağa üstünlük verilən variant olub”.
Xatırladaq ki, NATO Rusiya ilə Ukrayna arasında sülh danışıqları üçün şəraitin hələ yaradılmadığı qənaətindədir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB