Peskov bunu “ağ yalan” adlandırıb

Peskov bunu “ağ yalan” adlandırıb

Hərbi xidmətə yararlı vətəndaşların Rusiya Federasiyasından çıxışına qoyulan məhdudiyyətlə bağlı yayılan xəbərlər “informasiya təxribatıdır”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Bu arada Ukrayna KİV-lərii Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinə istinadən, Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin guya bütün sərhəd idarələrinə “vətəndaşların Rusiyadan çıxışına məhdudiyyət qoyulmasını təmin etmək əmri göndəriildiyi barədə yazıb.

Rusiya prezidentin mətbuat katibi Dmitri Peskov isə yazılanları “ağ yalan” adlandırıb. Onun dediyinə görə, “...bu adi informasiya ördəyidir, informasiya təxribatıdır”.

Xatırladaq ki, Peskov daha əvvəl Telegram kanallarında yayılan səfərbərlik barədə mesajlara etibar etməməyə çağırıb və səfərbərlik barədə məlumatın yalnız rəsmi orqanlardan gələ biləcəyini vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə