Yapon esminesi Yamaquçi yaxınlığında qapalı qalıb

Yapon esminesi Yamaquçi yaxınlığında qapalı qalıb

Yapon hərbi gəmisi (esminesi) “İnazuma” pərvanəsi zədələndiyi üçün Yamaquçi yaxınlığında qapalı vəziyyətdə qalıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbərii Yaponiya Müdafiə Nazirliyi yayıb. Bildirib ki, pərvanəsi zədələnən esminesin dənizin dibindəki qayaya çırpılmış ola biləcəyi təxmin edilir.

Məlumata görə qəzadan sonra 190 nəfərlik heyət və 4550 ton çəkisi olan esminesdən dənizə yanacaq sızmağa başlayıb. Hadisə zamanı xəsarət alan olmasa da, esmines ərazidə lövbər salıb.

Esminesin kapitanı Aizava Kazumi, istintaq prosesisndə Yaponiya Sahil Mühafizəsi ilə əməkdaşlıq edəcəyini bildirdi.

22 ildir xidmətdə olan 151 metr uzunluğunda və 17,4 metr enindəki esminesin texniki testlərinin cənub-qərb Xirosima tərsanəsində müntəzəm aparıldığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə