Ukrayna Prezidenti Volodimir Zelenski bir neçə müxalif siyasətçini Ukrayna vətəndaşlığından məhrum etmək qərarına gəldiyini bildirib. SİA xəbər verir ki, bu haqda Ukrayna Prezidenti teleqram kanalında məlumat paylaşıb.
“Ukrayna Təhlükəsizlik Xidməti və Ukrayna Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış materiallar əsasında və ölkəmizin konstitusiyasına uyğun olaraq, mən dörd nəfərin vətəndaşlığına xitam vermək qərarına gəldim: Viktor Vladimiroviç Medvedçuk, Andrey Leonidoviç Derkaç, Taras Romanoviç Kozak və Renat Raveleviç Kuzmin”, - Zelenski qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB