Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqın baş naziri Məhəmməd Şia əl-Sudani ilə telefon danışığı olub, tərəflər Türkiyə-İraq münasibətlərinin vəziyyətini və regional məsələləri müzakirə ediblər.
“Türkiyə dövlətinin başçısı Ankara ilə Bağdad arasında həm ikitərəfli, həm də regional səviyyədə hərtərəfli əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib”.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu Türkiyə Prezident Administrasiyası yanında Əlaqələr Şöbəsindən bildirilib.
Ərdoğan Ankaranın İraqın sabitliyinə və ərazi bütövlüyünə böyük əhəmiyyət verdiyini də vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB