Yaxın vaxtlarda Rusiya və İran birgə serial və filmlərin çəkilişinə başlamağı planlaşdırır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İslam Respublikasının Moskvadakı mədəniyyət attaşesi Məsud Əhmədvənd deyib.
“Ümid edirik ki, İran və Rusiya kinorejissorları arasında danışıqlar aparılan bəzi birgə kino layihələri tezliklə yekun nəticəyə çatacaq”, - deyə iranlı mədəniyyət attaşesi bildirib.
Qeyd edək ki, Əhmədvənd, bu layihələrin Rusiya və İran arasında mədəni əlaqələrdə də yeni səhifə açacağlnl bildirib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB