Pentaqonun sözçüsü Patrik Rayder, gələn həftə Kiyevə hərbi yardım donorlarının növbəti toplantısının keçiriləcəyini bildirib.
SİA bu barədə rus saytlarına istinad edir.
Onun sözlərinə görə, ABŞ-ın Almaniyadakı Ramşatayn aviabazasında keçiriləcək “təmas qrupu”nun iclasında əlliyə yaxın ölkənin nümayəndələri iştirak edəcək. Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə yanaşı, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Millinin də iştirak edəcəyi dəqiqləşib.
Xatırladaq ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq alyansın və Avropa İttifaqının hərbi ehtiyatlarının Ukraynaya yardıma görə tükəndiyini açıqlamışdı.
O, belə bir vəziyyətdə yeganə uzunmüddətli həll yolunun silah istehsalını artırmaq olduğunu vurğulayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB