Birləşmiş Ştatlar Rusiya ordusunun gözlənilən yaz hücumunu dəf etmək üçün Kiyevə “Stryker” zirehli döyüş maşınları göndərməyi düşünür.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Politico” iki mənbəyə istinadən yazır.
Qeyd edək ki, Pentaqonun mətbuat xidmətindən bu məlumatı rəsmi şərh etməkdən imtina ediblər.
Yeri gəlmişkən, yanvarın əvvəlində ABŞ-ın Ukraynaya 50 “Bradley” piyada döyüş maşını tədarük etmək niyyəti məlum olub. “Stryker” piyada döyüş maşınları növbəti yardım paketinə daxil edilə bilər.
“Politico”nun məlumatına görə, ABŞ prezidenti Cozef Baydenin administrasiyası bu barədə gələn həftənin sonunda məlumat verə bilər. Bununla belə, yekun qərar hələ verilməyib.
Onu da qeyd edək ki, “Stryker” zirehli maşınları döyüşdə olduğu kimi effektiv olmasa da, başqa üstünlüklərə malikdir. O, daha sakit hərəkət edir və daha çox əsgər daşıya bilir.
Xatırladaq ki, ötən həftə Fransa Ukraynaya “AMX-10 RC” zirehli maşınlarının (təkərli tanklar da deyilir) tədarükünü elan edib. Qısa müddət sonra Almaniya “Marder” döyüş maşınları və “Patriot” zenit-raket komplekslərinin akkumulyatorunu tədarük etdiyini açıqlayıb.
Bildirək ki, 2023-cü ilin əvvəlindən Ukraynaya xarici hərbi yardım dəyişib. Belə ki, Ukrayna Qərb ölkələrində istehsal olunan daha ağır zirehli maşınlar almaqdadır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB