G7 ölkələri Rusiya neft məhsullarına iki qiymət tavanı tətbiq edə bilər
G7 ölkələri Rusiya neft məhsulları üçün iki qiymət tavanı təyin etməyi planlaşdırır.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə xəbəri təşkilatın nümayəndəsi verib.
Belə ki, fevral ayından etibarən xam neftdən yüksək qiymətlə satılan məhsullar üçün tavan qiymət variantı tətbiq oluna bilər. Endirimlə satılan məhsullar üçün isə fərqli tavan müəyyən edilə bilər.
Təşkilat nümayəndəsinin sözlərinə görə, adətən dizel yanacağı və kerosin xam neftə yüksək qiymətə, mazut isə endirimlə satılır.
Xatırladaq ki, dekabrın 5-dən Avropa İttifaqı və ABŞ Rusiya neftinin bir barelinə 60 dollar dəyərində qiymət tavanı tətbiq edib.
Bu arada Rusiya baş nazirinin müavini Aleksandr Novakın istinad etdiyi hesablamalara görə, bu, 2023-cü ildə neft hasilatının 7-8 faiz azalmasına səbəb ola bilər.
Fevralın 5-dən etibarən G7-nin dizel yanacağı, kerosin və mazut kimi Rusiya neft məhsulları üçün də qiymətləri məhdudlaşdıracağı gözlənilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB