Yanvarın 10-da gözlənilmədən Xarkova səfər edən Almaniyanın xarici işlər naziri Annalena Berbok ukraynalılara söz verib. SİA bu barədə Ukrayna saytlarına istinad edir.
Beləliklə, almaniyalı nazir, “...bu şəhər Rusiyanın Ukraynadakı işğalçı müharibəsinin mütləq dəliliyinin və insanların, xüsusən də ölkənin şərqində hər gün üzləşdiyi sonsuz əzabın simvoludur”-deyə bildirib.
“Xarkov - mühasirəyə alınıb, güllələnib, azad edilib... Rusiya ilə sərhəd cəmi 40 km məsafədədir... Müharibədən əvvəl sıx əlaqələr və gərgin sərhəd nəqliyyatı var idi. Bu gün demək olar ki, hər küncdə Rusiyanın dağıdıcılığının dərin izlərini görmək olar. 1,5 milyon Xarkov sakininin demək olar ki, 500 mini qaçmağa məcbur olub”, - deyə almaniyalı rəsmi qeyd edib.
Burbok əlavə edib ki, Ukraynanın bu regional mərkəzi həm də ukraynalıların inanılmaz möhkəmlik və cəsarətinin simvoludur.
Almaniyalı nazir Xarkova ukraynalı həmkarı və dostu Dmitri Kulebanın dəvəti ilə gəldiyini də bəyan edib.
Berbok Ukraynanın bütün guşələrindəki insanlara Almaniyanın həmrəylik və dəstəyinə arxalana bilmələrini tapşırıb.
“...Xarkov hazırda Ukraynanın uğurlu əks-hücumlarının simvoludur və bu, Ukraynanın tərəfdaşların kifayət qədər dəstəyi ilə qalib gələcəyini sübut edir. Şübhə etmirəm ki, Almaniyanın hərbi yardımı bundan sonra da gələcək”.
Qeyd edim ki, bu sözləri Almaniyanın xarici işlər naziri Annalena Berbok söyləsə də, amma “Twitter”də Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri paylaşıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB