ABŞ Yaponiyanın cənub-qərbindəki ucqar adaları qoruyacaq

Amerika Birləşmiş Ştatlar Okinava prefekturasına müdaxilə qüvvələrini yerləşdirəcək
ABŞ Yaponiyanın cənub-qərbindəki ucqar adaları qoruyacaq

Amerika Birləşmiş Ştatlar Yaponiyanın cənub-qərbindəki ucqar adaları müdafiə etmək üçün Okinava prefekturasına fövqəladə müdaxilə qüvvələrini yerləşdirəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ''Kyodo'' xəbər agentliyinin Yaponiya və ABŞ diplomatik mənbələrinə istinadən yaydığı məlumata görə, iki ölkə regional təhlükələr qarşısında müdafiə sahəsində əməkdaşlığı artırmağı hədəfləyir.

Bu çərçivədə Amerika Birləşmiş Ştatlar Yaponiyanın cənub-qərbindəki Okinava prefekturasına Tayvan boğazı yaxınlığında fövqəladə müdafiə qüvvələrini yerləşdirəcək.

ABŞ Hərbi Dəniz Piyadaları Korpusunun tərkibində xidmət edəcək hərbi qüvvələr Yaponiyanın çəkindirmə imkanlarını dəstəkləyəcək.

Okinava prefekturasına təxminən 2000 müdaxilə qüvvəsinin yerləşdiriləcəyi bildirilir. Müdaxilə qüvvələri hücum zamanı Yaponiya adalarının müdafiəsinə töhfə verəcək.

Müdafiə qüvvələri yerləşdirilmə tarixi ilə bağlı məlumat verilməyib.

Ölkənin cənub-qərbində yerləşən prefektura raket sınaqlarını artıran Şimali Koreya və regional təsirini gücləndirən Çinə qarşı strateji əhəmiyyət kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə