Bu arada Polşa Almaniyadan təzminat almaqda dəstək üçün ABŞ Konqresinə müraciət edib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə yanvarın 10-da keçirdiyi brifinqdə Polşanın xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik məlumat verib.
Nazir müavinin sözlərinə görə, son həftələr və aylar ərzində Varşava beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək üçün bir sıra addımlar atıb. Xüsusən də Xarici İşlər Nazirliyi bir sıra beynəlxalq təşkilatlara - BMT, Avropa Şurası, YUNESKO-ya müraciət edib. Həmçinin Avropa Şurası, NATO və Avropa İttifaqının 50 üzv ölkəsinə və s.
Bundan əlavə, İkinci Dünya Müharibəsi zamanı dəymiş zərərin ödənilməsi məsələsində Polşa ABŞ-dan olan tərəfdaşların, Amerika qanunvericilərinin dəstəyinə də ümid edir.
“Biz hesab edirik ki, Birləşmiş Ştatlar beynəlxalq nizama, insan hüquqlarına, qanunun aliliyinə, beynəlxalq ədalətə hörmətlə bağlı əsas ölkədir”- deyə nazir müavini bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB