Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı, yanvarın 10-da tematik konfransda yaxın gələcəkdə Rusiya Silahlı Qüvvələrinin zərbə silahlarının arsenalını əhəmiyyətli dərəcədə genişləndirəcəyini deyib.
SİA bu barədə rus saytlarına istinad edir.
“Biz nüvə triadasını inkişaf etdirməyə və onun döyüş hazırlığını qorumağa davam edəcəyik, çünki nüvə qalxanı dövlətimizin suverenliyi və ərazi bütövlüyünün əsas qarantı olub və qalır”, - Rusiyanın müdafiə naziri bildirib.
Sergey Şoyqu Rusiya prezidenti Vladimir Putinin qarşıya qoyduğu əsas vəzifəni – Rusiya Federasiyası Silahlı Qüvvələrinin keyfiyyətcə yenilənməsi və onların döyüş qabiliyyətinin artırılması üçün maksimum tədbirlərin görülməsini də xatırladıb.
Rusiya Müdafiə Nazirliyinin rəhbəri həmçinin müasir hava hücumundan müdafiə sistemlərinin istismarı sahəsində rus təyyarələrinin işinin təkmilləşdirilməsi və xidmətdə olan pilotsuz təyyarələrin təkmilləşdirilməsi zərurətini xatırladıb.
Ayrı bir vacib mövzu rus hərbçiləri üçün müasir və keyfiyyətli formalardır.
Yeri gəlmişkən xatırladaq ki, bir müddət bundan əvvəl bildirilirdi ki, Donbassda keçirilən xüsusi hərbi əməliyyat zamanı Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin müdafiə strukturlarını və hərbi texnikasını məhv etmək üçün dünyanın ən güclü özüyeriyən “2S4 Tyulpan” minaatanından istifadə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB