Paşinyan Qarabağda rus sülhməramlılarının dəyişdirilməsini istisna etməyib
Ermənistan Qarabağ ermənilərinin təhdid edildiyi təqdirdə onların təhlükəsizliyini təmin etmək xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət edə bilər.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu bu gün Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Qeyd edək ki, Ermənistan Nazirlər Kabinetinin rəhbəri mətbuat konfransı zamanı regiona beynəlxalq sülhməramlı kontingentin cəlb edilməsinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən belə bir bəyanatla çıxış edib.
Biz o zaman mövcud vəziyyətə əsaslanaraq qərarlar qəbul etməli olacağıq-deyən Nikol, Ermənistanın Rusiya sülhməramlılarının mandatını uzadacağını istisna etməyib(?). “Ancaq Qarabağ ermənilərini nəyinsə təhdid etdiyini görsək, bu vaxt başqa variantlar axtarmalı olacağıq”.
Bunu da Nikol deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB