Britaniyadan orbitə peyk buraxmaq cəhdi uğursuzluqla nəticələnib

Britaniyadan orbitə peyk buraxmaq cəhdi uğursuzluqla nəticələnib

Virgin Orbit şirkətinə məxsus raket daşıyan Boeing 747 təyyarəsi İngiltərənin cənub-qərbindəki Kornuolldan havaya qalxıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, prosesə start verildikdən sonra raket Atlantik okeanı üzərindən təyyarədən ayrılıb və alışıb.

Bununla belə, Virgin Orbit mövzu ilə bağlı "Twitter" hesabında raketin orbitə çıxmasına mane olan anomaliya olduğunu açıqlayıb. Təyyarə planlaşdırıldığı kimi Kornuola qayıdıb.

Qeyd edək ki, missiya uğurlu olsaydı, İngiltərə Yer orbitinə kosmik gəmi göndərən 9 ölkədən biri olacaq idi.

Bütün xəbərlər Facebook səhifəmizdə