Yanvarın 5-də xəstəxanaya yerləşdirilən rusiyalı rejissor Nikita Mixalkovun vəziyyəti pisləşməyə başlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Mixalkovun kompüter tomoqrafiyası ağciyərlərin zədələnməsinin həcminin artması və idiopatik pnevmoniya diaqnozunu qoyub.
Bundan əlavə, rejissor atrial fibrilasiyadan əziyyət çəkir. Kömək olmadıqda o, infarkt keçirə bilər, lakin həkimlər xəstənin vəziyyətini izləyirlər.
Həkimlərin sözlərinə görə, Mixalkovun vəziyyəti ağır olsa da, həyatı üçün təhlükə yoxdur.
Mixalkovun xəstəxanaya yerləşdirilməsi yanvarın 5-də məlum olub. Sonra onun vəziyyəti ağır kimi qiymətləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB