Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib

Türkiyədə ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qəza Denizli vilayətində olub.

Belə ki, hərəkətdə olan avtobusun sürücüsü qəfil idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə 2 nəfər həyatını itirib, daha 15 sərnişin isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hazırda qəzanın səbəbləri araşdırılır və fəsadları aradan qaldırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə