Yunan televiziyasında tarixi etiraf

Yunan televiziyasında tarixi etiraf

Türkiyənin Ege və Şərqi Aralıq dənizində artan nüfuzundan çox narahat olan Yunanıstan media da daxil olmaqla əlindəki bütün imkanlarla Türkiyəni hədəf alır. SİA xarici mətbuata istinadən xəbər verir ki, militarist fikirləri ilə tanınan spiker Yunanıstan televiziyasında təəccüblü açıqlamalar verib. “Türkiyəyə heç vaxt çata bilməyəcəyik” deyən diktor Türkiyənin qırmızı xəttini vurğulayaraq, ard-arda silah alışının boş bir kürək olduğunu söyləyib. Təhlükəsizlik mütəxəssisi Abdullah Ağar isə son inkişaflarla sistemin türk düşmənlərinin kabusuna çevriləcəyini bildirib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə