Rusiyada uçmalı olan təyyarə havaya qalxa bilmədi

Rusiyada uçmalı olan təyyarə havaya qalxa bilmədi

Rusiyada "Nordstar" şirkətinə məxsus təyyarə hava limanında uçuş-enmə zolağından çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Hadisə Norilskdə baş verib. Belə ki, Norilsk-Moskva reysini həyata keçirməli olan təyyarə uçuşa başlayarkən zolaqdan çıxıb.

İnsident zamanı göyərtədə 116 sərnişinin olduğu bildirilib. Onlar aeroportun binasına təxliyə edilib. Təyyarəyə texniki baxış keçirilir və hadisənin səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə