NASA-nın işləməyən peyki Yerə düşdü

NASA-nın işləməyən peyki Yerə düşdü

NASA-nın işləməyən peyki planetin ətrafında 38 il dövr etdikdən sonra Yerə düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, “ERBS” kimi tanınan peyk 1984-cü ildə buraxılıb.

Peyk 2005-ci ilə qədər tədqiqatçılar üçün Yerin Günəşdən enerjini necə udduğunu və yaydığını anlamağa kömək edib. O, Yerin stratosferində ozon, su buxarı, azot dioksidi və aerozolların konsentrasiyasını ölçüb.

ABŞ Müdafiə Nazirliyi “ERBS”nin bazar günü səhər yerli vaxtla saat 23:04-də Berinq dənizi üzərindən Yerin atmosferinə daxil olduğunu təsdiqləyib.

Peykin böyük hissəsinin atmosferdə yanması gözlənilirdi. NASA-nın hesablamalarına görə, peykin Yerdəki infrastruktura ziyan vurma riski çox aşağıdır. Peyk iki illik xidmət müddətini 21 il davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə