Ukrayna 2008-ci il müharibəsi zamanı Gürcüstana verdiyi “Buk” zenit-raket komplekslərini geri istəyir. SİA xəbər verir ki, bu barədə Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanovu bildirib.
Kasyanov vurğulayıb ki, Ukrayna ABŞ-ın Gürcüstana təhvil verdiyi “Javelin” tank əleyhinə sistemlərini də xahiş edib.
Ukrayna mətbuatı üçün yazdığı məqalədə o qeyd edir ki, rəsmi Kiyev bütün beynəlxalq tərəfdaşlara, o cümlədən Gürcüstana silah, hərbi texnika və döyüş sursatının verilməsi ilə bağlı müraciətlərində ardıcıldır və Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının lap əvvəlində silaha həyati ehtiyac duyduğunu açıq şəkildə bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB