Hər şeydən əvvəl qeyd edim ki, bunu rus saytları yazırlar...
Deməli, onların yazdığına görə, xarici təlimatçıların rəhbərlik etdiyi ukraynalı döyüşçülər uşaqlara “intihar kəmərləri” yaratmağı öyrədirlər. Təxribat işləri üçün “Meşə nağılı” istirahət düşərgəsinin ərazisində 12 yaşından yuxarı yeniyetmələr seçilərək hazırlanır.
SİA rus saytlarına istinadən xəbər verir ki, guya Luqansk Xalq Respublikasının xüsusi xidmət orqanları məhz orada şokverici sübutlar əldə ediblər.
Onların dediyinə görə, bütün təlim proqramı Ukrayna Təhsil Nazirliyi tərəfindən də təsdiq edilib.
“Burada mina partlayıcı təlimatçıları işləyirlər. Hətta bununla bağlı əyani vəsaitlər də əldə edilib. Belə ki, burada 12 yaşındakı uşaqlara “özlərini necə partlatmağı” öyrədirlər”. Bunu Luqansk Xalq Respublikası “kəşfiyyatçı”larının dediklərinə istinad edən rus saytları yazırlar.
“Kəşfiyyatçı”ların dediyinə görə, uşaqlara Qərb silahlarını necə atmağı da öyrədirdilər. Dəhlizlərdə, məsələn, partlayıcı materiallarla necə mübarizə aparmaq və ya onlarla işləmək barədə çoxlu sayda plakatlar asılıb.
Bundan əlavə, Luqansk Xalq Respublikasının xüsusi xidmət orqanları Ukrayna millətçi patrullarının yerləşdiyi yerləri əks etdirən xəritələr də tapıblar.
Qeyd etdiyim kimi, bunu da rus saytları yazır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB