Kreml Qərbin Ukraynaya silah tədarükünün əsaslı şəkildə heç nəyi dəyişməyəcəyini vurğulayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu yanvarın 9-da jurnalistlərə Dmitri Peskov Fransanın Kiyevə “AMX-10RC” zirehli texnikası tədarük etmək qərarını şərh edərkən bildirib.
Peskovun sözlərinə görə, bu tədarüklər yalnız Ukrayna xalqının iztirablarını uzada bilər.
“Ancaq onlar heç nəyi əsaslı şəkildə həll edə bilməyəcəklər. Və bu tədarüklər xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmaq prosesini pozmağa qadir deyil”.
Dediyimiz kimi, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyil.
Xatırladaq ki, Kreml Avropa və NATO-nun Ukraynaya silah tədarükü yolu ilə artıq on milyardlarla dollar xərclədiyini bildirmişdi.
Maraqlıdır, görən, müharibə Dmitri Peskovun dediyi kimi, elə belə də yekunlaşsa Rusiya Qərb və ya ona dost olmayan başqa dövlətlərlə əvvəlki münasibətləri qura biləcəkmi?
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB