Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədr müavini Andrey Luqovoy Rusiyanın baş prokuroru İqor Krasnova müraciət edərək, Ukraynanın “Qəhrəmanlara şöhrət” şüarını səsləndirən müğənni Valeri Meladzenin ifadəsini yoxlamaq xahişi ilə müraciət edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Luqovoy bu barədə teleqram kanalında xəbər verib.
“Mən Valeri Meladzenin hərəkətlərini və ifadələrini yoxlamaq və qanuni qiymət vermək xahişi ilə Baş prokurora müraciət etdim”, - Luqovoy teleqram kanalında yazıb.
Dövlət Dumasının deputatının fikrincə, dövlətin məşhurların bu cür sözlərinə reaksiyası Rusiyanın vətəndaş identikliyini gücləndirmək üçün ümumi kursu müəyyənləşdirir.
Bu arada 360 telekanalının məlumatına görə, daha əvvəl Rusiya mətbuatında Meladzenin Ukrayna şüarı ilə danışdığı video yayılıb. Tamaşaçının “Ukraynaya şöhrət” sözlərinə cavab olaraq müğənni “Qəhrəmanlara şöhrət” cavabını verib. Belə hərəkətlərə görə Dövlət Duması artıq sənətçinin xarici agent kimi tanınmasını və bütün mükafatlarından məhrum edilməsini təklif edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB