Ukrayna Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin kəskin azaldığını açıqlayıb. Qeyd edim ki, bunu da ruslar tirajlayıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, guya Ukrayna Müdafiə nazirinin müavini Anna Malyar baş verənləri orduda çoxlu sayda təcrübəsiz hərbçilərin olması ilə əlaqələndirib.
Rəsmi vurğulayıb ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin əksəriyyəti yeni çağırışçılardan ibarətdir. Qeyri-peşəkar hərbi qulluqçular döyüş meydanında döyüş qabiliyyəti və müqaviməti ilə bağlı problemlər yaradır.
Anna Malyar yeni çağırışçıları anlayışla qarşılamağa çağırıb. O, əlavə edib ki, son vaxtlar adi mülki həyatı yaşayan insanlar hərbi reallıqların həm mənəvi, həm də fiziki sınağından son dərəcə çətin keçirlər.
Xatırladaq ki, bir qədər əvvəl Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı döyüşçülərin itaətsizlik, fərarilik və döyüş əmrlərinə əməl etməməyə görə məsuliyyətinin gücləndirilməsinin vacibliyini xatırladıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB