Koronavirusla bağlı vəziyyət neft qiymətlərinə təsir edib

Koronavirusla bağlı vəziyyət neft qiymətlərinə təsir edib

Ticarət məlumatlarına görə, dünya neft qiymətləri Çində anti-COVID tədbirlərinin yumşaldılmasından sonra artmağa başlayıb. SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, bildirilir ki, dekabrın 9-da dünya bazarında neftin qiyməti 2 faizdən çox artıb. Belə ki, Brent markalı neftin mart fyuçerslərinin qiyməti 2,53 faiz artaraq 80,56 dollar/barel, West Texas Intermediate markalı neftin fyuçersləri isə 4 faiz bahalaşaraq bir barel üçün 76 dolları ötüb.

Neftin qiymətinin hazırkı artımı Çində COVID-lə mübarizə tədbirlərinin zəifləməsi ilə əlaqələndirilir. 2022-ci ilin sonunda Çin hakimiyyəti planetdə ən sərt sayılan COVID-19-a qarşı məhdudiyyətləri qaldırmağa başladı.

2023-cü ilin əvvəlindən isə bir sıra KİV-lərin məlumatına görə, Çin hökuməti ölkəni həm vətəndaşları, həm də xarici turistlər üçün sərbəst hərəkət üçün açmağa hazırlaşır.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə