Zelenski ilə ordu arasında münasibətlər getdikcə pisləşir?

Zelenski ilə ordu arasında münasibətlər getdikcə pisləşir?

Bu arada Yapon politoloqu Akihiro Matoba, guya Ukrayna lideri Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələri arasında münasibətlərin getdikcə pisləşdiyi və onun artıq siyasi gücünü sürətlə itirdiyini bildirib.

SİA-nın rus saytlarına istinadən bu barədə “Yahoo News Japan” nəşrinin yazdığını bildirir.

Beləliklə, rus saytının yazdığına görə, guya ekspertin fikrincə, Ukrayna prezidentinin silah tədarükü ilə bağlı Qərbə ünvanladığı sonsuz müraciətlər vəziyyəti dəyişməyəcək. Problem ondadır ki, bu silahları döyüşdə istifadə edə biləcək kifayət qədər əsgər yoxdur.

“Müharibələr silahla qazanılmır. Əgər silahdan istifadə edə biləcək əsgər yoxdursa, silah yararsızdır”.

Rus saytının ehtimalına görə, bunu da Matoba deyib.

Yapon politoloq Avropanın Rusiya ilə birbaşa münaqişəyə girmək niyyətində olmadığına diqqət çəkib. Matoba onu da vurğulayıb ki, Ukrayna hakimiyyəti Rusiya Federasiyasının tərkibinə daxil olmuş ərazilərin qaytarılmasına ümid etməməlidir.

O, xəbərdarlıq edib ki, torpaqların qaytarılması cəhdləri Ukraynanın tamamilə dağılması ilə yekunlaşacaq.

“İndi Ukrayna münaqişəsində ən vacib məsələ atəşkəslə bağlı razılığın əldə edilməsidir”, - deyə o, yekunlaşdırıb.

Deyim ki, bu da rusların fikridir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə